Ramos bu paylaşımla yarım milyon pul topladı - FOTO


İdman 26 Apr 2019 14:00:00 252 0

Ramos bu paylaşımla yarım milyon pul topladı - FOTO

Goal.az-ın xəbərinə görə, o, özünün rəsmi İnstagram səhifəsəndə belə bir paylaşım edib:

Real-ın kapitanı Serxio Ramos YUNİSEF-in xeyriyyə kampaniyasında iştirak edib.

“Vaksinlər hər il 2-3 milyon insanın həyatını xilas edir. Bu paylaşıma görə hər bir layk üçün Qeyts Fondu YUNİFES-ə 1 dollar yardım ayıracaq”. Hazırkı vəziyyətdə paylaşım 1 milyon 500 mindən çox bəyənmə sayı qazanıb.

Beləliklə, Bill və Melinda Qeytsin Xeyriyyə Fondu  BMT-nin Uşaq Fonduna  1,5 milyon dollar yardım edəcək.

Xatırladaq ki, bu, Ramosun iştirakı ilə ilk xeyriyyə aksiyası deyil. O, 2014-cü ildən YUNİSEF-in xoşməramlı elçisi kimi bir sıra tədbirlərdə iştirak edib.