Bakıda sevdiyi qızı güllələyib öldürən şəxsə 19 il cəza verildi


Digərləri 26 Apr 2019 13:23:00 211 0

Bakıda sevdiyi qızı güllələyib öldürən şəxsə 19 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirləndirilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirləndirilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Qədirov 19 il azadlıqdan məhrum olunub.