“İçərişəhər” DTMQİ Aparat rəhbəri: Yeni konstruksiyalar divardan 1-3 metr aralıdır


Digərləri 26 Apr 2019 12:34:00 176 0

“İçərişəhər” DTMQİ Aparat rəhbəri: Yeni konstruksiyalar divardan 1-3 metr aralıdır

Qala divarlarının həmin bürc hissəsində 2011-ci ildə restavrasiya aparılıb

Bakı. Ayşəm Rüstəmova - Sosial şəbəkələrdə İçərişəhərlə bağlı yayılan şəkillər 2011-ci ilə aiddir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Aparat rəhbəri Riad Qasımov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Qala divarlarının həmin bürc hissəsində 2011-ci ildə restavrasiya aparılıb: “Sovet dövründə - 1954-cü ildə orada aşağı səviyyəli restavrasiya aparılıb. Erməni əsilli memar tərəfindən bürc ləğv olunub, əvəzində düz divar tikilib. Biz arxivdən tarixi bürc görüntüsünü əldə etdikdən sonra İçərişəhərdə bürc bərpa edildi. 2011-2012-ci ildə bu bürc bərpa olundu. İndi sosial şəbəkələrdə yayılan şəkillər həmin restavrasiyaya aiddir”. DTMQİ-nin aparat rəhbəri vurğulayıb ki, İçərişəhərlə bağlı aparılan mənfi kampaniya qərəzli məqsəd daşıyır: