Müəllimlər üçün keçirilən müsabiqənin şəhər mərhələsinin seçim turuna başlanılıb FOTO


Digərləri 26 Apr 2019 12:24:00 242 0

Müəllimlər üçün keçirilən müsabiqənin şəhər mərhələsinin seçim turuna başlanılıb  FOTO

"Ümumi təhsildə keyfiyyət ili" çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin şəhər mərhələsinin seçim turuna start verilib.

Son.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, pedaqoji mühazirələrin rayon mərhələsində paytaxtın 12 inzibati rayonu üzrə 673 pedaqoji mühazirə dinlənilib. Onlardan 65 mühazirə müəllifi şəhər mərhələsində iştirak etmək hüququ qazanıb.

Ümumi təhsil məktəblərinin pedaqoji heyətinin ən çox müraciət etdikləri mövzular "Məktəbəhazırlıq təhsili ibtidai təhsil sahəsində uğurların təminatçısıdır", "Şagirdlərdə sağlam həyat tərzinin formalaşdırılması yolları", "Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır", "İstedadlı şagirdlərlə işin təşkili formaları"dır.

Pedaqoji mühazirələrin şəhər mərhələsində mövzunun uyğunluğu və aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələn ən uğurlu 15 mühazirə müəyyənləşdirilərək ölkə mərhələsinə təqdim olunacaq.

Pedaqoji mühazirə iştirakçıları Münsiflər heyəti tərəfindən müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilir.

Qeyd edək ki, pedaqoji mühazirələrin ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.

Pedaqoji mühazirələrin keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində keyfiyyət


Xəbərə aid fotolar