Bakıda Formula 2 yarışı üzrə birinci sərbəst yürüşün üçlüyü məlum oldu (FOTO)


Digərləri 26 Apr 2019 12:10:00 290 0

Bakıda Formula 2 yarışı üzrə birinci sərbəst yürüşün üçlüyü məlum oldu (FOTO)

Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 yarışı üzrə birinci sərbəst yürüşün üçlüyünə düşən pilotlar məlum olub.

Bakı. Elçin Mehdiyev - Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 yarışı üzrə birinci sərbəst yürüşün üçlüyünə düşən pilotlar məlum olub. Trend-in məlumatına görə, 45 dəqiqə davam edən sərbəst yürüş nəticəsində "UNİ-Virtuosi" komandasının pilotu Luka Qiotto 1-ci, "Carlin" komandasının pilotu Nobuharu Matsuşita 2-ci, "MP Motorsport" komandasının pilotu Cordan Kinq isə üçüncü yerdə qərarlaşıb. Bundan sonra isə Formula 2-nin sıralama turu başlayacaq. Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.