Bakı sakinindən saxta əsginaslar götürülüb


Digərləri 26 Apr 2019 11:56:00 187 0

Bakı sakinindən saxta əsginaslar götürülüb

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Namiq Əsgərov saxlanılıb.

Bakı. Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Namiq Əsgərov saxlanılıb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 1 ədəd 50 və 1 ədəd 100 manatlıq saxta əsginaslar aşkar edilərək götürülüb.