"Qorbaçov xəstəxanaya aparılmayıb"


Siyasət 26 Apr 2019 11:27:00 210 0

"Qorbaçov xəstəxanaya aparılmayıb"

Sabiq SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Moskvada keçirilən beynəlxalq kinofestivalda "Tanış olun, Qorbaçov" sənədli filminin nümayişinə qatılmayıb. O, dünən adını daşıyan fondda, iş yerində olub.

Son.az RİA Novosti-yə istinadən bildirir ki, bunu "Qorbaçov Fondu"nun mətbuat xidmətinin rəhbəri Pavel Palajçenko deyib.

"Nümayişə qatılmaq fikri yox itdi. Ofisdə, işdə idi. Onunla təqribən iki saat vaxt keçirdim", - P.Palajçenko M.Qorbaçovun xəstəxanaya aparılması və bu səbəbdən kinofestivala qatılmaması barədə yayılan xəbərləri şərh edərkən deyib.