Bakıda Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan "Əqli mülkiyyət və idman" mövzusunda seminar keçirilir (FOTO)


Digərləri 26 Apr 2019 11:20:27 177 0

Bakıda Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan "Əqli mülkiyyət və idman" mövzusunda seminar keçirilir (FOTO)

Bakıda Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan "Əqli mülkiyyət və idman" mövzusunda seminar öz işinə başlayıb.

Bakı. Bakıda Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan "Əqli mülkiyyət və idman" mövzusunda seminar öz işinə başlayıb. Trend-in məlumatına görə, seminarı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Beynəlxalq Əqli Mülkiyyət Gününün əhəmiyyətindən danışıb. Bildirib ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ölkəmizdə 1997-ci ildən, Beynəlxalq Əqli Mülkiyyət Günü isə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən 2001-ci ildən başlayaraq qeyd edilir. Bu günlərdə keçirilən müxtəlif tədbirlər, görüşlər, dəyirmi masalar, konfrans və simpoziumların əsas məqsədi əqli mülkiyyət, müəllif-hüquq mədəniyyətinin formalaşdırılmasına dəstək verməkdən, biliklər cəmiyyətində əqli mülkiyyətin kreativlik və yenilikçilik amillərinin stimullaşdırılmasında əvəzedilməz əhəmiyyətini qabarıq göstərməkdən ibarətdir. Hər il aprelin 26-da Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə keçirilən tədbirlər fərqli mövzulara həsr olunur. Bugünkü seminarımızın mövzusu "Əqli mülkiyyət və idman"dır və onun xüsusi mənası var. Belə ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə builki açıqlamasından görünür ki, bu il keçirilən tədbirlərin əsas məqsədi əqli mülkiyyətin idmanın inkişafına təsirinin göstərilməsidir. Bu, eyni zamanda, bizə əqli mülkiyyət hüquqlarının innovasiya və yaradıcılığın inkişafında oynadığı rol barədə danışmaq imkanı yaradır. Tədbirin builki devizinin "Qızıl uğrunda" olduğunu bildirən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib: "ÜƏMT-nin müraciətində qeyd olunduğu kimi, "Minilliklər boyu idman insanlarda doğurduğu heyranlıqla yanaşı, öz qüvvəsini sınamaq səylərinə, yarışların cəlbediciliyinin artmasına və insanları daha yüksək nəticələr əldə etməyə ruhlandırmağa xidmət edir". Bu sözlərin Azərbaycan üçün xüsusi əhəmiyyəti var, çünki Azərbaycan idman ölkəsidir. İdmançılarımız yüksəksəviyyəli yarışlarda qalib çıxaraq bizi ruhlandırırlar. Prezident İlham Əliyevin 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə etdiyi çıxışındakı sözlərlə desək: "İdmançılarımız bizi hər il sevindirir. Bizim cəmiyyətimiz buna artıq öyrəşib. Bu il idmançılarımız tərəfindən dünya, Avropa çempionatlarında və digər beynəlxalq yarışlarda 800-ə yaxın medal, o cümlədən 263 qızıl medal əldə edilmişdir. Bu, böyük nəticədir, böyük qələbədir. Bu qələbə münasibətilə idmançılarımızı təbrik edirəm. Bu qələbələr, sadəcə olaraq, idman qələbələri deyil. Çünki hər bir belə möhtəşəm qələbə cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıtdırır, Azərbaycanı təbliğ edir. Bu qələbələr gəncləri idman bölmələrinə aparır, idmanın kütləviliyini təmin edir. Yəni, idman qələbələri, idmançılarımızın uğurları çox böyük məna daşıyır. Buna görə biz idmançılarımıza minnətdarıq". Azərbaycanın yeniləşdiyini, qüdrətləndiyini, ölkəmizin nüfuzunun beynəlxalq miqyasda artdığını qeyd edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov vurğulayıb ki, Prezident İlham Əliyevin iqtisadi islahatlar konsepsiyası yeni uğurlu nəticələr verir, Azərbaycan iqtisadiyyatında artım nümayiş olunur, 2019-cu ilin iki ayının nəticələri, həmin ilin yanvar-fevral aylarındakı ÜDM-in nəticələri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur, sənayenin isə qeyri-neft sektorundakı artımı 15,5 faizdir və dünya rekordu səviyyəsindədir. Bütün bunlar əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi addımlarla müşahidə olunur. Minimum əməkhaqqının, əmək pensiyalarının, bütün növ sosial müavinətlərin, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması və dövlət başçısı tərəfindən atılan digər addımlar böyük rəğbətlə qarşılanır. Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa təbrikindəki sözlərlə desək, "bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha geniş miqyasda öz həllini tapacaqdır…". Kamran İmanov qeyd edib ki, xalqımız dövlət başçısının yürütdüyü siyasətə böyük dəstək verir. Fransanın "Opinion Way" şirkətinin sorğusunun nəticələri göstərir ki, vətəndaşların 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanmasını Prezident İlham Əliyevin ən uğurlu nəticəsi kimi dəyərləndirir, 85,1 faizi isə son bir ildə görülən işlərə müsbət qiymət verir. Dünya Bankının "Doing Business–2019" hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yerə yüksəlib, 10 ən islahatçı dövlət sırasında olması heç də təsadüfi deyil. Bir sözlə, dövlət başçısının verdiyi mühüm qərarlar Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcıdır. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, dövlətimizin başçısının yürütdüyü uğurlu siyasət hər bir sahədə öz bəhrələrini verir: "Davos İqtisadi Forumunun rəqabətqabiliyyətlilik ilə bağlı son hesabatında Azərbaycan əqli mülkiyyətin qorunmasında 36-cı yerdə qərarlaşaraq, MDB məkanında liderdir. Lakin irəliyə baxaraq, qarşımızda duran vəzifələri daha yüksək səviyyədə yerinə yetirməliyik. Çünki Azərbaycanın bugünkü reallıqları ondan ibarətdir ki, ölkəmiz dünya ölkələri tərəfindən tanınan islahatçı dövlətdir və bu islahatlar hər bir sahədə, o cümlədən əqli mülkiyyət (ƏM) sahəsində geniş miqyasda həyata keçirilir. 2018-ci ildə həyata keçirilən struktur, institusional və iqtisadi islahatlar nəticəsində ƏM sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklər baş verib. Dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi və ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent və Əmtəə Nişanları Mərkəzinin birləşməsi nəticəsində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb. Sənaye mülkiyyəti sahəsində ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səlahiyyətləri, tabeliyində olan Respublika Elmi-Texniki Kitabxana Əqli Mülkiyyət Agentliyinə verilib və onun tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılıb, yeni nizamnamələri təsdiq edilib. Nəticədə ƏM sahəsinin bütövlükdə inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən, işçiləri dövlət qulluqçularına və əməyin ödənilməsində mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan ixtisaslaşmış, yığcam dövlət qurumu fəaliyyətinə başlayıb. Yeni qurum qarşısında duran vəzifələr dövlət başçısının göstərişlərinə əsasən, daha çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə sahənin idarə edilməsidir, müəllif-hüquq sahəsi ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə olunması və bu idarəçiliyin zamanın müasir tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir. Bununla yanaşı, müxtəlif obyektiv və subyektiv səbəblərə görə istifadəçilərini və nüfuzunu itirmiş Respublika Elmi-Texniki Kitabxanasının fəaliyyətinin müasir tələblərə uyğun yenidən qurulması, elektron, rəqəmsal kitabxanaya çevrilməsidir. Beləliklə, bilik sahəsini təmsil edən müəlliflik hüququnun, sənaye mülkiyyətinin və özündə patent və standartlar fondlarını cəmləşdirən Elmi-Texniki Kitabxananın bir qurum səviyyəsində idarə edilməsi çox uğurlu institusional islahatdır. Qarşımızdakı vəzifələrin yerinə yetirilməsində, əqli mülkiyyətin əhəmiyyətinin və faydasının artırılmasında əsas prinsip cənab Prezidentin iqtisadi islahatlarının uğurla həyata keçirilməsinə xidmət etməkdir. Bunları uğurla yerinə yetirmək üçün Agentlikdə islahat səviyyəli çoxlu layihələr işlənilir və bir qismi artıq sona çatdırılıb". Kamran İmanov qeyd edib ki, üç gün öncə Moskva şəhərində fəxri qonaq və spiker qismində dəvət edildiyi çox mötəbər beynəlxalq konfransda dövlət başçısının təşəbbüsü ilə Azərbaycanda əqli mülkiyyət sahəsində həyata keçirilən islahatlar çox müsbət dəyərləndirilib, hətta Rusiyanın əqli mülkiyyət üzrə tanınmış rəhbərləri və alimləri ölkəmizin təcrübəsini öyrənmək üçün təkliflər irəli sürüblər. Əqli mülkiyyəti idmanla bağlayan çoxsaylı amillərdən danışan Kamran İmanov deyib: " Təsəvvür ediniz, siz stadiona və ya hansısa bir idman meydançasına daxil olmaq ərəfəsindəsiniz, yarış hələ başlanmayıb və siz hansı mənzərələrlə qarşılaşırsınız? İlk gözümüzə toxunan – azarkeşlərin sevdiyi idman klubunun və ya idmançıların adları və ya şəkilləri olan köynəklər, maykalar, papaqlar və digər geyimlərdir. Bu isə o deməkdir ki, yarışdan öncə brendinq, brendlər – komandanın əmtəə reklamı artıq işdədir. Bu brendlərin çərçivəsində bir sıra ƏM obyektləri qorunur. İdman meydançasına daxil olduqda görürük ki, meydança hər hansı bir komandanın, klubun adlarını və loqotiplərini təmsil edir, yaxud tanınmış idmançının adını daşıyır, üstəlik, burada sponsorların da adlarını görmək olur. Bütün bunlar əmtəə nişanlarının nümayişidir. Yarış başlanır, meydançadakı televiziya kameralarının işığı güclənir, kommentatorlar, yayım təşkilatları tamaşaçıları və dinləyicilər auditoriyasını salamlayır və rabitə texnologiyalarının yaratdığı yeni imkanlar hesabına milyardlarla insanları meydançadakı yarışa qovuşdurur. Bunun arxasında müəlliflik hüququ və əlaqəli hüquqlar durur. Yarışların gedişində idmançılar müxtəlif idman növlərindən asılı olaraq, toplardan, beysbol alətlərindən, raketkalardan və s. ekipirovka adlanan vasitələrdən istifadə edirlər. Bunlar isə sənaye nümunələri, yəni dizaynın nümayişidir. Fasilə zamanı, daha diqqətli olsaq, idmançını, məsələn futbolçunu müxtəlif rəngli butslarla da müşahidə etmək mümkündür. Bu idman çəkməsi bir sıra ƏM növlərini, o cümlədən texnologiyasını qoruyan patentləri, zahiri görünüşünü – əmtəə nişanını və onlara aid olan reklamı – müəlliflik hüququnu özündə nümayiş etdirir. Beləliklə, idman milyardlarla dollarlıq qlobal sənayeyə çevrilib və bu, obyektlərə (idmandan yayım təşkilatlarına qədər) investisiya gətirir, dünyada milyonlarla insanı işlə təmin edir və çoxlarına sevinc bəxş edir". Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri qeyd edib ki, bu gün idman getdikcə daha çox idman-tamaşa tipli şou-biznes tədbirləri və müvafiq fəaliyyətlə önə çıxır, yəni idman yayımının həyata keçirilməsi, idman sponsorluğu, idman infrastrukturunun işləməsi, idman mallarının industriyası, idman təchizatı və ekipirovkası, idman lotereyaları və s. Bununla da əqli mülkiyyət nəticələrinin istifadəsi idman sahəsində idman fəaliyyətini, idman tədbirlərini ən qüdrətli maliyyə mənbəyinə çevirir. Dünyada idman industriyasından əldə edilən ümumi gəlirlər, o cümlədən sponsorluq, yarışlarda tamaşaçı ödənişləri və daxilolmaları, KİV-lərin hüquqları ilə bağlı və onların kommersiyalaşmasına aid rüsumlar və s. 150 milyard ABŞ dollarını ötüb. Digər tərəfdən, geyim və ayaqqabılarla bağlı idman ləvazimatı, yəni idman mallarının qlobal dövriyyəsi 300 milyard ABŞ dollarını keçib. Avropa Komissiyasının araşdırmalarına əsasən, Avropada kütləvi idman növləri üzrə yalnız KİV-lərə hüquqların verilməsindən əldə olunan illik gəlir 500 milyon avrodan çoxdur. İdmanın iqtisadi dəyəri əqli mülkiyyət hüquqlarına əsaslanan işgüzar əlaqələri gücləndirir. Bu isə öz növbəsində, idman təşkilatlarının bizim zövq aldığımız tədbirləri maliyyələşdirməsi və idmanın təşviqini təmin etməsi ilə bu sahənin inkişafını stimullaşdırır. Avropa Komissiyasının məlumatına əsasən, dünya ÜDM-in 2 faizi idman sektoru tərəfindən yaradılır. Son tədqiqatlar isə göstərir ki, dünya idman industriyasının 2023-cü ilə qədər inkişafı illik 7-11 faiz artımla müşahidə olunacaq. Beləliklə, idman sahəsində daha geniş şəkildə istifadə olunan əqli mülkiyyət formalarından biri universallığı və geniş tətbiqi baxımından fərqlənən əmtəə nişanıdır. Çünki istənilən ƏM obyekti, o cümlədən idman klublarının adları, açar ifadələr və digər adlar əmtəə nişanı formasında qeydiyyatdan keçirilə bilər. İdman təşkilatlarının malik olduğu ən qiymətli aktivlərdən biri onların adları, loqotipləri, xarakteristikasını müəyyən edən digər vasitələrdir ki, ictimaiyyət tərəfindən nisbətən asanlıqla identifikasiya olunur və bunlarla həmin təşkilat ictimaiyyət arasında tanınır. Elə buna görə də göstərilən fərqlənmə nişanlarına olan hüquqlarını müh