Sürücülərin diqqətinə:


Digərləri 26 Apr 2019 11:20:00 221 0

Sürücülərin diqqətinə:

Bakı şəhəri, Heydər Əliyev prospekti, Hava limanı yol qovşağından Böyük şor yol qovşağınadək (hər iki istiqamət) olan hissədə 26, 27 və 28 aprel tarixlərində səhər saat 10:00-dan axşam saat 18:00-dək üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Son.az-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib.

Məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.