Dünya Çempionatının biletləri Dünya Kubokunun ilk günündə satışa çıxarıldı


Digərləri 26 Apr 2019 11:13:05 181 0

Dünya Çempionatının biletləri Dünya Kubokunun ilk günündə satışa çıxarıldı

Bu ilin 16-22 sentyabr tarixlərində Bakıda baş tutacaq bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının biletləri bu gün satışa çıxarılıb.

Bakı. Bu ilin 16-22 sentyabr tarixlərində Bakıda baş tutacaq bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının biletləri bu gün satışa çıxarılıb. Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Gimnastika yarışları ilə zəngin bir qrafiki yarı edən Azərbaycan Gimnastika Federasiyası daha bir mötəbər yarışın hazırlıqlarını tam surətlə davam etdirir. Belə ki, 14 ildən sonra paytaxtımızın yenidən ev sahibliyi edəcəyi ilin ən vacib yarışı məhz bədii gimnastika üzrə Dünya Çempionatı olacaq.