Gecə saatlarında bu prospektdə hərəkət məhdudlaşdırılacaq


Digərləri 26 Apr 2019 11:15:00 182 0

Gecə saatlarında bu prospektdə hərəkət məhdudlaşdırılacaq

Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin General Səmədbəy Mehmandarov prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Bakı. Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 26-dan 27-nə keçən gecədən etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin General Səmədbəy Mehmandarov prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agnetliyindən Trend-ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti Yavər Əliyev küçəsindən Leyla Məmmədbəyova küçəsinə yönəldilməklə təmin olunacaq.