Bakıda Formula 2 yarışı üzrə birinci sərbəst yürüşlərə start verilib


Digərləri 26 Apr 2019 11:02:00 210 0

Bakıda Formula 2 yarışı üzrə birinci sərbəst yürüşlərə start verilib

Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 yarışı üzrə birinci sərbəst yürüşlərə start verilib.

Bakı. Elçin Mehdiyev - Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 yarışı üzrə birinci sərbəst yürüşlərə start verilib. Trend-in məlumatına görə, sərbəst yürüş 45 dəqiqə davam edəcək. Daha sonra isə Formula 2-nin sıralama turu başlayacaq. Yarışda hərəsindən 2 pilot təmsil olunmaqla 10 komanda birincilik uğrunda mübarizə aparır. Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.