Goranboyda orta əsrlərə aid yaşayış yeri aşkar edilib


Digərləri 26 Apr 2019 10:39:00 205 0

Goranboyda orta əsrlərə aid yaşayış yeri aşkar edilib

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun "Naftalan-Goranboy arxeoloji ekspedisiyası" Goranboy rayonu ərazisində apardığı arxeoloji tədqiqatlar zamanı orta əsrlərə aid yaşayış yeri aşkar edib.

İnstitutdan Son.az-a verilən məlumata görə, tədqiqatlar zamanı qeyd olunan ərazidə kurqanlar və yaşayış yeri aşkar olunub. Orta əsrlər dövrünə aid olan yaşayış yeri Goranboy rayonunun Səfikürd kəndi ərazisində, təbii-coğrafi baxımdan çox əlverişli mövqedə yerləşir. Abidə Qarasu dərəsinin sol sahilində yerləşdiyindən Qarasu yaşayış yeri adlandırılıb. Ümumi sahəsi 3 ha-dan artıq olan yaşayış yeri relyef baxımından maili təpəlikdən ibarət düzənlikdir. Abidə şimaldan müasir kənd qəbristanlığı, cənub və qərbdən həyətyanı sahələr və əkin yerləri, şərqdən Qarasu dərəsi ilə əhatə olunmuşdur. Yaşayış yerində aparılan ilkin arxeoloji tədqiqatlar zamanı şirli və şirsiz saxsı qab nümunələri, əsasən əkinçilik təsərrfatında istifadə olunan daş əmək alətləri, şüşə və metal məmulatı, sikkə nümunələri və s. aşkar edilib.


Xəbərə aid fotolar