Astara sakinlərinin oftalmoloji müayinəsi keçiriləcək


Digərləri 26 Apr 2019 10:29:50 204 0

Astara sakinlərinin oftalmoloji müayinəsi keçiriləcək

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası növbəti aksiyasını Astara rayonunda keçirəcək.

Bakı. İlhamə İsabalayeva - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası növbəti aksiyasını Astara rayonunda keçirəcək. Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Trend-ə bildirib ki, Səyyar Klinika aprelin 27-28-də Astara şəhərində pasiyentlərə tibbi xidmət göstərəcək. Aksiyanın məqsədi Astara sakinlərini müayinə və müalicə etmək, onların səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, lazım olduğu zaman cərrahiyyə əməliyyatı etməkdir.