Salyanda mikroavtobus qəzasında xəsarət alanların ADLARI məlum oldu


Digərləri 26 Apr 2019 10:13:12 196 0

Salyanda mikroavtobus qəzasında xəsarət alanların ADLARI məlum oldu

Salyanda mikroavtobus qəzasında xəsarət alanların adları məlum olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, rayonun Noxudlu kəndində sərnişin mikroavtobusu ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 9 nəfər xəsarət alıb.

Xəsarət alanlar - Salyan rayon sakinləri 1979-cu il təvəllüdlü Muradov Elməddin Yunis oğlu sol said sümüyünün sınığı, 1977-ci il təvəllüdlü İsmayılov Zaur Adil oğlu sol bud sümüyünün sınığı, Masallı rayon sakini 1965-ci il təvəllüdlü Zeynalova Xumnaz Feyruz qızı sol qulaq və alt dodağın əzilməsi və Cəlilabad rayon sakini 1952-ci il təvəllüdlü Soltanov Məmmədqulu Hətəm oğlu qarının və üzün sol tərəfinin küt əzilməsi xəsarətləri ilə Salyan rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.