Dövlət qulluğuna qəbulla bağlı elektron sınaq imtahanı keçiriləcək


Digərləri 26 Apr 2019 09:40:00 180 0

Dövlət qulluğuna qəbulla bağlı elektron sınaq imtahanı keçiriləcək

Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə mayın 1-də keçiriləcək

Bakı. Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək. DİM-dən Trend-ə verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 1 may tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.