Sumqayıtda yanğın olub


Digərləri 26 Apr 2019 08:55:00 201 0

Sumqayıtda yanğın olub

Sumqayıtda yaşayış olmayan yataqxanada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 700 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin (əvvəllər məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmayan) yanar konstruksiyaları 250 m² sahədə yanıb.

Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.