Mansarda tipli ev yanıb


Digərləri 26 Apr 2019 08:33:00 229 0

Mansarda tipli ev yanıb

Bakı şəhərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli mansarda tipli evin mansardasının və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.