Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 111 il keçir


Digərləri 26 Apr 2019 07:39:00 58 0

Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 111 il keçir

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 111 il keçir.

Son.az Trend-ə istinadən bildirir ki, Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib.

Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal Paşayev elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış "Bir gəncin manifesti" əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir.

Mir Cəlal Paşayev görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Qəti əminliklə deyə bilərik ki, təkcə "Bir gəncin manifesti" əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri ("Dənizin cinayəti", "Ananın vəsiyyəti", "Müxbir") çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazıb. O dövrün "Şərq qadını", "Gənc işçi", "İnqilab və mədəniyyət", "Ədəbiyyat qəzeti" kimi nüfuzlu nəşrlərində "Doktor Cinayətov", "İfşa", "Mərkəz adamı", "Naxələf", "Bostan oğrusu", "Qüdrət nümayişi", "İstifadə", "Dəzgah qızı", "Heyrət" ... hekayələrini çap etdirib. 1932-ci ildə "Sağlam yollarda", 1935-ci ildə "Boy" adlı ilk oçerklər və novellalar kitabları çap olunub. O zaman, 1935-ci ildə "Dirilən adam" romanı ilə Mir Cəlal Paşayev akademik Məmməd Arifin yazdığı kimi "diqqətli bir realist yazıçı olduğunu göstərib".

Kanadada bəndin dağılması təhlükəsi üzündən təxliyə aparılır like
  • 26 Apr 07:38  
Digərləri Kanadada bəndin dağılması təhlükəsi üzündən təxliyə aparılır

Kanadanın Kvebek vilayətində 250-yə yaxın adam bəndin dağılması təhlü

arrow Ətraflı
Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 111 il keçir like
  • 26 Apr 07:00  
Digərləri Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 111 il keçir

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misils

arrow Ətraflı
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi "Instagram"da səhifə açıb (FOTO) like
  • 26 Apr 06:31  
Digərləri ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi "Instagram"da səhifə açıb (FOTO)

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) "Instagram" sosial şəbəkəsind

arrow Ətraflı
Dünyada bir milyonadək bitki və heyvan növünün kökü kəsilmək üzrədir like
  • 26 Apr 06:30  
Digərləri Dünyada bir milyonadək bitki və heyvan növünün kökü kəsilmək üzrədir

Dünyada ekoloji vəziyyətin getdikcə pisləşmə bitki və heyvan növlərini

arrow Ətraflı
Tramp tezliklə Ağ Evdə Si Cinpini qəbul edəcək like
  • 26 Apr 04:55  
Digərləri Tramp tezliklə Ağ Evdə Si Cinpini qəbul edəcək

ABŞ prezidenti Donald Tramp tezliklə Çin Xalq Respublikasının sədri Si Cin

arrow Ətraflı