NASA Marsdakı zəlzələni qeydə aldı VİDEO


Digərləri 26 Apr 2019 07:14:00 362 0

NASA Marsdakı zəlzələni qeydə aldı  VİDEO

NASA tərəfindən Mars planetinə endirilən seysmik tədqiqat aparatı "İnSight" Qırmızı planetdə bir yer sarsıntısı qeydə alıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, bu Yer və Aydan başqa hər hansı bir planetdə qeydə alınan ilk seysmik siqnaldır.

Alimlər bildiriblər ki, kosmik aparat şiddətli sarsıntını 6 aprel tarixində qeydə alıb. Filipp Loqnon məsələ ilə bağlı deyib:

"Nəhayət Marsın seysmik cəhətdən hələ də aktiv olduğuna dair sübut əldə etdik və bunun həyəcanını yaşayırıq. Aylardır belə bir siqnal gözləyirdik".