Azərbaycanlı məşhur model amerikalı pilota ərə gedib


Şou-biznes 26 Apr 2019 05:30:00 224 0

Azərbaycanlı məşhur model amerikalı pilota ərə gedib

O, ABŞ-da aerobatika məşğələləri zamanı özünün gələcək həyat yoldaşı ilə tanış olub

"Barbi gəlinciyi" ləqəbi ilə məşhur olan azərbaycanlı model Sima Şərafətdinova amerikalı pilota ərə gedib. Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, qız toy şəkillərini özünün "Instagram"dakı rəsmi səhifəsində paylaşıb.

Model ötən payızda yaşamaq üçün Los Ancelesə köçüb. O, burada aerobatika məşğələləri zamanı özünün gələcək həyat yoldaşı ilə tanış olub. Cütlük 2019-cu ilin yanvarında ailə həyatı qurub.

Lakin Şərafətdinova xeyli müddət bu xəbəri ictimaiyyətdən gizli saxlayıb. Bu günlərdə isə, o, sosial şəbəkələrdə ailə vəziyyəti ilə bağlı statusunun dəyişdiyini bildirmək qərarına gəlib və ailə vəziyyəti bölməsinə "evli" olduğunu qeyd edib.


Xəbərə aid foto