Yevlaxda əl qumbarası və partladıcı tapılıb (FOTO)


Digərləri 26 Apr 2019 04:48:57 226 0

Yevlaxda əl qumbarası və partladıcı tapılıb (FOTO)

Yevlax rayonunda əl qumbarası tapılıb.

Bakı. Yevlax rayonunda əl qumbarası tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, aprelin 25-də saat 12:46-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 14:44-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Yevlax rayonu, Qaraoğlan kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Yevlax rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.