İspaniya hökuməti mərakeşli uşaqların geri göndərilməsi prosesinə başlayır


Dünya 26 Apr 2019 02:30:00 214 0

İspaniya hökuməti mərakeşli uşaqların geri göndərilməsi prosesinə başlayır

İspaniya hökuməti mərakeşli uşaqların geri göndərilməsi prosesinə başlayır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İspaniya hökuməti və Mərakeş hökuməti İspaniyada olan həddi-buluğa çatmamış müşayiət olunmayan mərakeşli uşaqların artıq geri göndərilməsi prosesinə başlayıblar.

BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının məlumatına görə, 2018-ci ildə İspaniyaya daha çox sayda - təxminən 5500 nəfər həddi-buluğa çatmamış müşayiət olunmayan miqrant gəlib. Rəsmi reyestrin göstəricilərinə görə, İspaniyada olan 11 min uşaqdan təxminən 70 faizi mərakeşlidir. Ötən yay iki muxtar icmada - həddi-buluğa çatmayan uşaqların böyük əksəriyyətinin yaşadığı Əndəlüs və Melilyada bu problemin həll olunmasını hökumətdən tələb ediblər.

Avropa İttifaqı isə, öz növbəsində, miqrasiyanın qarşısının alınması tədbirlərinin icra olunması məqsədilə Mərakeşə 140 milyon avro ayrıldığını elan edib.