ADU-da SƏLİS-in e-vətəndaş proqramı təqdim olunub (FOTO)


Digərləri 26 Apr 2019 00:22:55 240 0

ADU-da SƏLİS-in e-vətəndaş proqramı təqdim olunub (FOTO)

Azərbaycan Dillər Universitetində e-vətəndaş proqramının təqdimatına həsr olunmuş tədbir keçirilib.

Bakı. Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS-in (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) e-vətəndaş proqramının təqdimatına həsr olunmuş tədbir keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, ADU-nun rektoru akademik Kamal Abdulla qonaqları salamlayaraq Şuranın ulu öndər Heydər Əliyevin cəmiyyətin inkişafında gördüyü işlərin çox məntiqli və sistemli şəkildə davamı kimi özünü göstərdiyini bildirib: “Bu, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və tövsiyəsi ilə yaradılan Şuradır. Dövlət dəstəyi, cəmiyyətdə gedən proseslərin, ideyaların, layihələrin üzə çıxmasına, reallaşmasına öz ciddi töhfələrini verib. Elə güman edirəm ki, ağıllı, şüurlu, gələcəyi düşünə bilən, ideyalarını həyata keçirmək üçün canında coşqunluq olan tələbələrimiz bugünkü təqdimatda çox şey öyrənəcəklər. Mənə, həmkarlarıma müəllim və tələbələrimiz tez-tez müxtəlif layihələr üçün müraciət edirlər. Həmin ideyaların cücərməsi, onların ardınca getməyiniz şansınızı həyata keçirmək üçün Dövlət Dəstəyi Şurası özü universitetə gəlib. Şuranın sədri Azay Quliyev QHT-lərin normal insani və vətəndaş cəmiyyətinə layiq mövqe tutması üçün ulu öndərdən bu zamana gələn tövsiyələri həyata keçirmək işində çox böyük əzmlə fədakarlıq göstərir”. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev universitet rəhbərliyinə yaratdığı şəraitə görə təşəkkürünü bildirib: