Azərbaycan nefti ucuzlaşıb


Digərləri 25 Apr 2019 23:30:00 195 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 24-də 76,71 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 24-də 76,71 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,23 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,42 dollar/barel azdır.