Vladimir Zelenski MSKnı ittiham etdi


Dünya 25 Apr 2019 23:14:00 226 0

Vladimir Zelenski MSKnı ittiham etdi

Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunun qalibi olan Vladimir Zelenski Mərkəzi Seçki Komissiyasını rəsmi nəticələrin elan müddətini uzatmaqda ittiham edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Zelenski "Facebook" səhifəsində videomüraciət yayıb. O bildirib ki, MSK prezident seçkilərinin rəsmi nəticələrinin elan olunmasını uzadır. "Çox gülməli şeylər baş verir - qalib gəlmişəm, amma heç bir səlahiyyətim yoxdur. Nə baş verir, mən izah edirəm: MSK nəticələrin rəsmi elanını gecikdirir", - deyə Zelenski əlavə edib.

Zelenski hesab edir ki, məqsəd andiçmə mərasiminin tarixini mayın 27-dən sonraya salmaq, bununla da onu parlamentin vaxtından əvvəl buraxılması imkanından məhrum etməkdir.