Özözünü çoxaldan material


Digərləri 25 Apr 2019 23:20:00 203 0

Özözünü çoxaldan material

İnsanlar və digər canlılar kimi təkmilləşə bilən maşınların yolunu açacaq bir kəşf edildi. Yaradılmış yeni materialın öz maddələr mübadiləsisi var və özünü çoxalda bilir.

Kornell Universitetinin mühəndisləri həyatın təməl xüsusiyyətlərindən üçünü göstərə bilən bir material yaratdı. Araşdırmaçılar bu müvəffəqiyyəti, canlı xüsusiyyətləri daşıyan maşınlar yaratmaq məqsədilə etdikləri təcrübələrdə əldə etdi. Təcrübələrdə DNT və biomateriallar istifadə edildi.

Son.az deyerler.org-a istinadən bildirir ki, DASH adı verilən bu materialların istehsalı üçün əvvəl DNT yaradıldı. Bu DNT-lər, biomaterialları istifadə edib kimyəvi reaksiyaları idarə edərək vəsaitin həyatına davam etməsini təmin edir.

Araşdırmaçılar məqsədlərinin həyat yaratmaq olmadığını, canlılıq xüsusiyyətlərinə sahib maşınlar yaratmaq olduğunu söyləyir. Bioloji və ekoloji mühəndislik professoru Dan Luo, canlı bir şey yaratmadıqlarını, bu materialların daha əvvəl görülməmiş səviyyədə canlıya bənzədiyini söyləyir.