Savadı olmayan həkimlər televiziyalara üz tutur


Digərləri 25 Apr 2019 23:05:00 263 0

Savadı olmayan həkimlər televiziyalara üz tutur

"Televiziyalarımıza gənc adamlar çıxır və baxırsan ki, tibb elmləri doktoru adını alıb. 30 yaşlı biri nə vaxt həkim oldu və nə vaxt araşdırmalar apardı?!"

Son.az xəbər verir ki, bu sözləri "Sherg.az"a açıqlamasında tanınmış media eksperti Zeynal Məmmədli deyib.

Ekspert bildirib ki, televiziyalar tibbi verilişlər hazırlayırsa, bütün hallarda tamaşaçının inamını itirməmək üçün reklam məqamından qaçmalıdırlar:

"Ölkəmizdə özəl klinikaların sayı yağışdan sonrakı göbələklər kimi artır. Demirəm ki, buna ehtiyac yoxdur. Lakin savadı olmayan bəzi həkimlər özlərini reklam etmək üçün televiziyalara üz tuturlar. Televiziyalar isə özlərinə əlavə maddi gəlir əldə etmək üçün məmnuniyyətlə belə həkimlərə öz qapılarını açırlar.