Gəncədə mina aşkarlanıb (FOTO)


Digərləri 25 Apr 2019 23:06:39 192 0

Gəncədə mina aşkarlanıb (FOTO)

Əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bakı. Gəncədə 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar olunub. ANAMA-dan Trend-ə verilən məlumata görə, 2019-cu il 25 Aprel tarixində saat 11:30-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.