İnsanlar məhşər səhrasından sonra cənnətə və cəhənnəmə necə gedəcəklər?


Digərləri 25 Apr 2019 22:55:00 234 0

İnsanlar məhşər səhrasından sonra cənnətə və cəhənnəmə necə gedəcəklər?

O zaman ki, Qiyamət günü gəlib çatar, insanlar 50 dayanacağı keçməli olacaqlar. Bu dayancağın sonunda məlum olacaqdır ki, kim cənnnətə gedir, kim cəhənnəmə.

Son.az deyerler.org-a istinadən bildirir ki, birinci dayanacaq. İnsanın qəbrindən çıxmasıdır. İmam Əli (ə) buyurur: "Bu dayanacaqda insanlar min il bədənləri və ayaqları çılpaq halda, susuz və ac halda həbs ediləcəklər. Hər kimin Allaha, behiştə, cəhənnəmə, dirilməyə, hesab verməyə, Qiyamətə imanı olarsa aclıq və susuzluqdan nicat tapacaqdır".

İkinci dayanacaq. Əməllərin ölçülməsidir. Quran buyurur: "Həmin gün (əqidə və əməllərin) ölçülməsi haqq və qətidir. Beləliklə, kimin ölçülmüş əməlləri ağır və dəyərli olsa, onlardır nicat tapanlar! Kimin ölçülmüş əməlləri yüngül və dəyərsiz olsa, onlardır Bizim ayələrimizə zülm etdiklərinə (onları qəbul etmədiklərinə və ya onlara əməl etmədiklərinə) görə öz vücud sərmayələrini ziyana uğratmış kəslər!". ("Əraf" 8-9).

Üçüncü dayanacaq. Hesab verməkdir. İslam Peyğəmbəri (s) buyurur: "Qiyamət günü bəndə addım atmaz, məgər o halda ki, ondan dörd şey haqqında soruşular:

1. Ömrünü nəyə sərf etmişdir.

2. Cavanlığını hansı yolla qocaltmışdır.

3. Malını haradan əldə edib, hansı şey üçün xərcləmişdir.