Ermənilərin Belçikada soyqırımlarla bağlı qanuna


Dünya 25 Apr 2019 22:58:00 224 0

Ermənilərin Belçikada soyqırımlarla bağlı qanuna

Belçika erməni icmasının soyqırımların təkzib edilməsi üçün cinayət məsuliyyəti nəzərdə tutan qanuna düzəliş səyləri iflasa uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, aprelin 25-də Belçika federal Parlamenti tərəfindən Ruanda, Kamboca və keçmiş Yuqoslaviyada törədilmiş soyqırımların təkzib edilməsi üçün cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul edib.

Belçika erməni icmasının və onun təsiri altında olan parlamentarların güclü təzyiqlərinə baxmayaraq, qondarma "erməni soyqırımının" yeni qanunla əhatə edilmiş soyqırımlar siyahısına daxil edilməsi səyləri uğursuzluğa düçar olub. Belə ki, fransızdilli DéFİ (Demokrat, Federalist və Müstəqillər) və cdH (Xristian-Demokrat Mərkəzi) partiyaları tərəfindən bu xüsusda təqdim edilmiş düzəliş təklifi 2019-cu il *aprelin 24-də - qondarma soyqırımın ildönümü kimi qeyd olunan tarixdə* Belçika federal Parlamentinin Ədliyyə Komissiyasında müzakirələr nəticəsində rədd edilib.