Ən yaxşı ev hansıdır?


Digərləri 25 Apr 2019 22:50:00 179 0

Ən yaxşı ev hansıdır?

Əziz Peyğəmbərimiz (s) həmişə yetimlərə qarşı şəfqətli və mehriban olmuş, öz buyuruşlarında davamçılarını da bu əmələ dəvət etmişdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbərin (s) nəzərində ən yaxşı ev o evdir ki, orada yetimə məhəbbət olunar.

Həzrət (s) buyurur: "Sizlərin ən yaxşı evi - o evdir ki, orada yetim ehsana və məhəbbətə malik olar. Ən pis ev isə o evdir ki, orada yetimə pis rəftar edilər və zülm edilər".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "O kəs ki, evində yetim saxlayar, onun tərbiyəsi üçün uşaqlıq işləri bitənə qədər hərtərəfli çalışar - Allah Təala behişti ona vacib edər".