Özünü tanımaq insana nə verir?


Digərləri 25 Apr 2019 22:40:00 255 0

Özünü tanımaq insana nə verir?

Məcaşə adlı bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir ki, "Allaha mərifət yolu haradadır?".

Həzrət (s) buyurur: "Özünü tanımaqda".

Soruşur: "Allaha gedən yol hansıdır?".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət (s) buyurur: "Nəfsinlə müxalifətlik etməkdə".

Soruşur: "Allahın razılığını əldə etməyin yolu hansıdır?".

Həzrət (s) buyurur: "Nəfsi qəzəbləndirməkdə".

Soruşur: "Həqiqətə çatmaq yolu hansıdır?".

Həzrət (s) buyurur: ""Mən"indən hicrət etməkdə".

Soruşur: "Allah itaətini əldə etməyin yolu hansıdır?".

Buyurur: "Nəfsə itaətsizlik etməkdə".