Niyə Quranın bəzi surələri bir neçə adla tanınır?


Digərləri 25 Apr 2019 22:15:00 209 0

Niyə Quranın bəzi surələri bir neçə adla tanınır?

Quranın əksər surələrinin adı onların ümumi məzmununa, yaxud surənin içindəki hər hansı sözə uyğundur. Hədislərdən məlum olur ki, surələrin adı hələ Peyğəmbərin (s) zamanında məlum idi və müsəlmanar hər surəni fərqləndirmək üçün onu adı ilə adlandırırdılar.

Son.az islam.az-a istinadən bildirir ki, bəzi surələrin bir neçə fərqli ada malik olması təbiidir. Elə surələr var ki, onları gah başlandığı hərf və ya sözlə, gah da məzmununa uyğun olan adla adlandırırlar. Elə surələr də var ki, içindəki bir kəlmə onların adına çevrilib. Məsələn, Quranın ilk surəsinə "açılış, başlanğıc" mənasını verən "Fatihə" deyir, həm də ilk sözünə uyğun olaraq "Həmd" surəsi adlandırırlar. "İnsan" surəsinin bir adı da "Həl-əta"dır, çünki bu sözlə başlayır. "İxlas" surəsi Allahın vahidliyindən bəhs etdiyi üçün "Tovhid" surəsi də adlandırılır, ilk sözünə uyğun olaraq ona "Qul hüvəallah" da deyirlər.