İstifadə müddəti bitmiş yağlar küçəyə atılıb Üfunət iyi ətrafa yayılır,


Digərləri 25 Apr 2019 21:59:00 249 0

İstifadə müddəti bitmiş yağlar küçəyə atılıb  Üfunət iyi ətrafa yayılır,

Bakının Sabunçu rayonunda istifadə müddəti bitmiş kərə yağlarını yaşayış sahəsində yolun kənarına tullayıblar. Sakinlər deyir ki, bir neçə gündür davam edən bu mənzərə onları narahat edir. Yağ əriyir, üfunət iyi ətrafa yayılır, zibilliyə küçə itləri yığışır.

İstifadə müddəti bitmiş kərə yağları yaşayış sahəsinin yaxınlığına tullanıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə yeri Sabunçu rayonu 2 aprel küçsi 4 cü mədən kimi tanınan ərazidir.Yaxınlıqda yaşayan sakinlər deyir ki,bir neçə gündür kimlərsə onların evlərinin yaxınlığına istifadə müddəti keçmiş yağ məhsullarını tullayır.