Göygöldə 16 yaşlı qız yıxılaraq ölüb


Digərləri 25 Apr 2019 21:57:00 272 0

Göygöldə 16 yaşlı qız yıxılaraq ölüb

Göygöl sakini bədbəxt hadisə nəticəsində ölüb.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə ötən gün Göygöl rayonu Murovdağ qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Aysu Əli qızı Məmmədova yıxılaraq başı daşa dəyib. Təcili xəstəxanaya çatdırılan yeniyetmənin beyninə qan sızdığı məlum olub. A.Məmmədova bu gün xəstəxanada dünyasını dəyişib.