Anesteziya bədənimizə necə təsir edir


Digərləri 25 Apr 2019 21:45:00 194 0

Anesteziya bədənimizə necə təsir edir

Aparılan son araşdırmalara görə, bədənimizdəki təbii axını istiqamətləndirən müxtəlif anesteziya dərmanları yatmamızı təmin edir.

Ümumi anesteziya, bundan 170 il əvvəl kəşf edildiyindən bu yana açıq əməliyyatların asanlıqla, xəstə ağrı hiss etmədən keçirilməsini təmin edib bir çox həyatın xilas olmasını təmin edir.

Son.az deyerler.org-a istinadən bildirir ki, yeni aparılan araşdırma ilə birlikdə anesteziyanın bədənimizə necə təsir etdiyi ortaya çıxdı. Araşdırmaçılar, beynin hormon ifraz etmək və bədən funksiyalarından məsul kiçik bir qisimindəki axını araşdırdılar.

Nəticələrə görə hormonlar, ümumi anesteziya vəziyyətinin qorunmasında rol oynayır və yeni dərmanların, daha az əks təsirə sahib olacaq formada çıxarılmasını təmin edir.

1846-cı ildəki ilk ümumi anesteziyadan bu yana araşdırmaçılar, anesteziya müddətinin necə işlədiyini şərh etməyə çalışırlar. Daha əvvəlki nəzəriyyələr, beynin normal fəaliyyətlərinin dayandığını, buna görə də hərəkət etmədiyini və ağrı hiss etmədiyini iddia edirdi. Bənzər bir yanaşmanın yuxu üçün də qarşıya qoyulmasına baxmayaraq yuxunun çox daha aktiv bir müddət olduğu sonralar ortaya çıxdı.

Dyuk Tibb Məktəbinin professoru Fen Vanq və tələbəsi Li-Fenq Cianq-Si, anesteziya üçün də bənzər bir vəziyyət olub olmadığını maraqlandı.