Azərbaycanda kartof və soğanın qiyməti


Digərləri 25 Apr 2019 21:46:00 213 0

Azərbaycanda kartof və soğanın qiyməti

Azərbaycanda kartof və soğanın qiyməti mayın sonu ucuzlaşacaq.

Son.az bildirir ki, bunu Trend-ə ekspert Vüqar Bayramlı deyib.

V.Bayramlı qiymətin ötən illərlə müqayisədə yüksək olmasına səbəb kimi tələbin təklifi üstələməsini göstərib: "İranda kartofun ixracına qoyulan qadağa da Azərbaycanda qiymətin artmasına səbəb olub".

Ekspert deyib ki, qiymət artımı müvəqqətidir, çünki mayın sonunda yeni kartof bazara çıxacaq.