Şimali Koreya lideri Rusiyanın köməyinə


Dünya 25 Apr 2019 21:11:00 202 0

Şimali Koreya lideri Rusiyanın köməyinə

Şimali Koreya lideri Kim Chen In və Rusiya prezidenti Vladimir Putin Vladivostokda görüşüblər. Bu, Kimin Rusiyaya ilk səfəridir.

Putin Kimi Uzaq Şərq Federal Universitetinin ərazisində qarşılayıb.

Putin və Kim Koreya yarımadasını nüvəsizləşdirməyə və bu işdə Rusiyanın Koreyaya edə biləcəyi köməyə dair birbaşa danışıqlara ümid etdiklərini bildiriblər.

"Biz sizin Koreya yarımadası ilə bağlı dialoqu inkişaf etdirmək, Şimali Koreya və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərin normallaşdırılması ilə bağlı səylərinizi sözsüz alqışlayırıq", - Putin deyib.

"Cənab prezident, mən ümid edirəm ki, sizinlə görüşümüz dərin kökləri olan Şimali Koreya ilə Rusiya arasındakı ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsin' və inkişafına kömək edəcək", - öz növbəsində Şimali Koreya lideri bildirib.