Antarktidada minlərlə imperator


Dünya 25 Apr 2019 21:07:00 184 0

Antarktidada minlərlə imperator

Antarktidada nəhəng buz kütləsinin sınmasından sonra orada yaşayan minlərlə imperator pinqvin balası suya düşüb və boğularaq ölüb.

2016-cı ildə baş vermiş bu hadisə pinqvinlərin nəsil artırma cəhdinə mənfi təsir edib, alimlər bildiriblər.

Weddell dənizində baş vermiş faciəni Britaniya Antarktida Araşdırmaları qrupu peyk görüntülərinə əsasən təyin edib.

Dr. Peter Fretwell və Dr. Phil Trathan peyk fotolarında Halley körfərindəki pinqvin sürüsünün birdən-birə yox olduğunun fərqinə varıb.

Şiddətli küləyə görə buz kütləsinin sınması bir gecədə baş verib.

Burada illərdir ki, yaşayan 14 mindən 25 minədək cüt pinqvin yaşayırdı. Bu rəqəmlər dünyada olan pinqvinlərin 5-9 faizi deməkdir.

İmperator pinqvinləri

800 kilometr yüksəklikdən çəkilən peyk şəkillərində pinqvinlərin peyini ilə örtülmüş buzlaqların su altında qaldığını görmək olar.

İmperator pinqvinləri boy və çəkiyə görə bu fəslə aid ən iri quşlardır.

Onların üzərində məskən sala biləcək nəhəng buzlaqlara ehtiyacı var.

Quşlar buzlağa aprel ayında gəlir və dekabrda, balaları tüklənənə kimi burada qalır.

Bu vaxt kəsimində buzlağın sabit qalması xüsusi əhəmiyyət kəsb edir.

Çünki, onun çökməsi nəticəsində körpə pinqvin balaları suya qərq olaraq boğulmaq təhlükəsi qarşısında aciz qala bilər.

Tədqiqatçılara görə, 2016-cı ildə məhz belə bir hadisə yaşandı: Brunt şelfinə bağlı buzlaq şiddətli küləklər nəticəsində ovularaq əsas kütlədən qopdu.