Başakşehir ciddi itki ilə üzləşdi


İdman 25 Apr 2019 20:30:00 224 0

Başakşehir ciddi itki ilə üzləşdi

Türkiyə Superliqasının lideri Başakşehir daha bir ciddi zərbə alıb.

Goal.az-ın məlumatına görə, son 4 turda 7 xal itirən İstanbul təmsilçisi aparıcı futbolçularından birinin xidmətindən məhrum olub.

Söhbət mərkəz müdafiəçisi Aleksandr Yepuryanudan gedir. Zədə ucbatından bir müddətdi komandadan uzaq düşən Moldova millisinin üzvü artıq kollektivə qoşulmalı idi. Lakin tibbi müayinənin ardından dizindəki problemin artdığı və 33 yaşlı oyunçunun mövsümü erkən başa vurduğu aşkarlanıb.

Futbolçunun hətta AVRO-2020-nin seçmə mərhələ matçlarını buraxacağı da bildirilib.