DGK şirkətin əlavə ödəmələrlə bağlı iddialarına cavab verib


Digərləri 25 Apr 2019 20:13:05 215 0

DGK şirkətin əlavə ödəmələrlə bağlı iddialarına cavab verib

Gömrük ödənişlərindən yayınmağa cəhd müəyyən edilib.

Bakı. Dövlət Gömrük Komitəsi (DGK) şirkətin əlavə ödəmələrlə bağlı iddialarına cavab verib. Komitədən Trend-ə verilən məlumata görə, ötən gün bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin və onun rəhbərliyinin fəaliyyətinə qarşı əsassız ittihamların yer aldığı həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb: "Məlumatda əlvan metalların istehsalı, emalı və ixracı ilə məşğul olduğu bildirilən “Salehoğlu LTD” MMC şirkətinə məxsus hazır məhsulun ixrac gömrük proseduru ilə rəsmiləşdirilməsi üçün bəyan edildiyi, ancaq gömrük orqanları tərəfindən guya qanunsuz olaraq hazır məhsulun xammal şəkildə rəsmiləşdirilməsinin tələb olunduğu, bununla da şirkətin əlavə ödəmələrə məruz qaldığı iddia edilir. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 500 nömrəli qərarına əsasən ixrac edilən mis və sink əsasında ərintilər (latun) 5 sentyabr 2021-ci il tarixinədək gömrük dəyərinin 10 faizi və hər min kiloqrama görə 300 ABŞ dollarından az olmamaqla gömrük rüsumuna cəlb edilir.