AQTA mütəxəssisləri Xaçmazda sahibkarlarla görüşüb (FOTO)


Digərləri 25 Apr 2019 20:00:00 213 0

AQTA mütəxəssisləri Xaçmazda sahibkarlarla görüşüb (FOTO)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bölgələrdə sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir.

Bakı. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bölgələrdə sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir. Agentlikdən Trend-ə verilən məlumata görə, növbəti belə tədbir Xaçmazda keçirilib. Sahibkarlara Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən qida sahəsində çalışan subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması qaydaları haqqında məlumat verilib. Bildirilib ki, qeydiyyatdan keçən sahibkarlıq subyektləri AQTA tərəfindən daim nəzarətdə saxlanılacaq və onlarla sıx əməkdaşlıq ediləcək.