Amerikalı məşqçi: Bakıdakı Milli Gimnastika Arenasının zalını çox sevirik


Digərləri 25 Apr 2019 19:37:16 176 0

Amerikalı məşqçi: Bakıdakı Milli Gimnastika Arenasının zalını çox sevirik

Azərbaycan Gimnastika Federasiyası mükəmməl işləyir və idmançılar üçün əla şərait yaradır.

Bakı. Azərbaycan Gimnastika Federasiyası mükəmməl işləyir və idmançılar üçün əla şərait yaradır. Bunu Trend-ə qrup hərəkətlərində ABŞ komandasının məşqçisi Darya Baltovik bildirib. Məşqçi bədii gimnastika üzrə Dünya Kuboku öncəsi məşqin normal keçdiyini deyib: "Kuboka güclü komandalar gəlib, amma düşünürəm ki, finala çıxmaq şansımız var. İspaniya, Fransa komandalarını əsas rəqib hesab edirəm".