ŞriLankanın Müdafiə Nazirliyində gözlənilən istefa


Dünya 25 Apr 2019 19:25:00 239 0

ŞriLankanın Müdafiə Nazirliyində gözlənilən istefa

Şri-Lankanın müdafiə nazirinin mətbuat katibi Hemasiri Fernando istefa verib.

Son.az bildirir ki, "Qafqazinfo"nun "TASS"a istinadən məlumatına görə, nazirlik sözçüsü bu qərarı ictimaiyyət tərəfindən ünvanına səsləndirilən sərt tənqidlərdən sonra qəbul edib. Belə ki, Fernando silsilə partlayışların olacağı ilə bağlı məlumatları qabaqcadan bilsə də, onların qarşısını ala bilməməkdə günahlandırılır. Onun tədbirlər görməməsi ictimai qəzəbə səbəb olub. Parlamentin deputatı Viceydasa Racaraksa hətta dövlət başçısından Fernandonun dərhal həbsini tələb etmişdi.

Prezident Maytripala Sirisena katibdən könüllü olaraq postunu tərk etməsini istəmişdi.