Robben zədəsini sağaltdı


İdman 25 Apr 2019 19:25:00 255 0

Robben zədəsini sağaltdı

Bayern Munich-in yarımmüdafiəçisi Aryen Robben sıraya dönüb.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hollandiyalı futbolçu zədəsini tam sağaldıb.

Sonuncu dəfə ötən il noyabrın 27-də Benfica ilə Çempionlar Liqası matçında iştirak edən veteran oyunçu mövsümün son oyunlarında məşqçilər korpusubun ixtiyarında olacaq. Əvəzində digər vinger Frank Riberi yenidən zədələnib.

Qeyd edək ki, həm Robben, həm də Riberi mövsümün sonunda Bayern Munich-dən ayrılacaq.