Lənkəran Dövlət Universitetində mənəvi dəyərlərin təbliği mövzusunda seminar keçirilib (FOTO)


Digərləri 25 Apr 2019 19:17:30 184 0

Lənkəran Dövlət Universitetində mənəvi dəyərlərin təbliği mövzusunda seminar keçirilib (FOTO)

Birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılmasına, tədbirlərin keçirilməsinə start verilib.

Bakı. Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) arasında imzalanmış Əməkdaşlıq Protokoluna əsasən, birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılmasına, tədbirlərin keçirilməsinə start verilib. İlahiyyat İnstitutundan Trend-ə verilən məlumata görə, LDU-da Azərbaycan İlahiyyat İnstitutu ilə birgə təşkil edilən “Mənəvi dəyərlərimiz” mövzusunda seminar bu qəbildəndir. Seminarın işində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tərkibində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun, Azərbaycan İlahiyyat İnstitutunun və Lənkəran Dövlət Universitetinin rəsmiləri, professor-müəllim-tələbə heyəti iştirak ediblər. Lənkəran Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Məmmədov təmsil etdiyi ali təhsil ocağında milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq ənənələrinin təbliği istiqamətində görülən işlərdən, Lənkəranda, bütövlükdə cənub bölgəsində müxtəlif dinləri təmsil edən insanların uzun əsrlər boyu mehriban ailə kimi daim birgə yaşadıqlarından, formalaşan tolerantlıq ənənələrindən söz açıb.