Mətanət İnstaqramdan getdi


Şou-biznes 25 Apr 2019 18:22:00 234 0

Mətanət İnstaqramdan getdi

Aparıcı Mətanət Əliverdiyeva bir neçə ay əvvəl İnstaqramda yaratdığı profilini yenidən bağlayıb. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda "Ən yaxşısı" verilişində deyib. Mətanət bildirib ki, yazılan tənqidlər və orada paylaşılan hadisələr onu buna vadar edib: "İnstaqramı gec açdım. Açmaqla bağlamağım da bir oldu. Dedim bu nədir belə? Artıq girmirəm və baxmıram. Çox pisdir. İnsana neqativ yüklənir".