ADU-da “Heydər Əliyev və ədəbiyyatımız” mövzusunda tədbir keçirilib (FOTO)


Digərləri 25 Apr 2019 18:24:00 195 0

ADU-da “Heydər Əliyev və ədəbiyyatımız” mövzusunda tədbir keçirilib (FOTO)

Azərbaycan Dillər Universitetində (ADU) Filologiya və jurnalistika fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev və ədəbiyyatımız” mövzusunda tədbir keçirilib.

Bakı. Azərbaycan Dillər Universitetində (ADU) Filologiya və jurnalistika fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev və ədəbiyyatımız” mövzusunda tədbir keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatı nümayəndələrinə göstərdiyi diqqət və qayğıdan danışıb: “Heydər Əliyevin Azərbaycan ədəbiyyatına və ədəbiyyat adamlarına münasibəti dövlət siyasətinin tərkib hissəsidir. Heydər Əliyev Azərbaycan ədəbiyyatındakı hadisələrə tarixilik nöqteyi-nəzərdən yüksək qiymət verirdi. Nəzərdə tutduğu əsas hədəflərdən biri Azərbaycan tarixini, onun mədəniyyətini dünyaya tanıtmaq idi. Müstəqillik dövrünün Azərbaycan tarixində Heydər Əliyevin ən nəhəng ilk addımı “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESCO səviyyəsində keçirilməsidir”. M.İmanov ümummilli liderin rəhbərliyi ilə Azərbaycan ədəbiyyatının inkişafı istiqamətində görülən böyük işlərdən geniş söz açıb. Daha sonra “Heydər Əliyev və ədəbiyyatımız” mövzusunda videoçarx nümayiş olunub.