Formula1 yarışları keçirilən günlərdə gözlənilən hava şəraiti


Digərləri 25 Apr 2019 18:18:25 273 0

Formula1 yarışları keçirilən günlərdə gözlənilən hava şəraiti

Formula-1 yarışları keçirilən günlərdə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumatına görə aprelin 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-12, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Aprelin 27-də hava, əsasən, yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 9-12, gündüz 16-20 dərəcə isti təşkil edəcək.